ABŞ 2023-cü ildə 80 nüvə başlığı istehsal etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası məlumat yayıb.
Rəsmi Vaşinqton mövcud nüvə silahlarının modernləşdirilməsini davam etdirməyi düşünür. Belə ki, B61-12 nüvə bombalarının istismar müddətinin uzadılması və "Trident II" qitələrarası ballistik raketləri üçün nüvə başlıqlarının təkmilləşdirilməsi üzrə işlər davam etdiriləcək.
Açıqlamada bildirilib ki, ABŞ-ın nüvə modernləşdirilməsi proqramı çərçivəsində qanadlı raketlər üçün nüvə başlıqlarının istehsalına başlanılıb.