Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 27-də keçirilməsi planlaşdırılan "Akkuyu" atom elektrik stansiyasının açılış mərasimində videokonfrans formatında iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Erkan Kandemir məlumat yayıb.
Onun sözlərinə görə, Mersində keçirilməli olan mitinq təxirə salınıb.
Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin də onlayn formatda iştirak edəcək.
Xatırladaq ki, ötən gün Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib. Ərdoğan mədəsinə soyuq olduğunu bildirib. Bu gün isə o, görüş və səfərlərin ləğv edildiyini açıqlayıb.