Modern.az

Prezident Bakıda yeni hospitalın açılışını edib

Prezident Bakıda yeni hospitalın açılışını edib

25 İyun 2013, 12:22

İyunun 25-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlət başçısı Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxıb.
Dövlət başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.
Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşüb.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra dövlət başçısı səyyar cərrahiyyə hospitalı ilə tanış olub. Bildirilib ki, səyyar cərrahiyyə hospitalı 60 çarpayılıqdır.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama