Braziliya məhkəməsi "Telegram" mesajlaşma proqramını qadağan edib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin G1 nəşri məlumat yayıb.
Bildirilib ki, məhkəmə proqramdan istifadə edən neonasistlər haqqında məlumatları polisə verməkdən imtina etdiyinə görə "Telegram"ı qadağan etmək qərarına gəlib.
Qeyd olunub ki, məhkəmə "Telegram"a neonasistlər haqqında məlumat verməkdən imtina etdiyi hər gün üçün cərimə tətbiq edib.