ABŞ Cənubi Koreya limanlarına nüvə enerjisi ilə işləyən sualtı qayıqlar göndərəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə razılışma ABŞ prezidenti Co Bayden və Cənubi Koreya prezidenti Yoon Suk-yeol arasında görüş zamanı imzalanacaq.
Razılaşmanın Şimali Koreyanın nüvə təhdidləri ilə bağlı artan narahatlığa əsaslanacağı qeyd olunub.
Anonimlik şərti ilə jurnalistlərə məlumat verən rəsmilər Bayden və Yoonun köməkçilərinin aylardır müqavilənin detalları üzərində işlədiklərini bildiriblər.