Modern.az

Türkiyə XİN Ermənistanın təxribatçı addımlarını PİSLƏDİ

Türkiyə XİN Ermənistanın təxribatçı addımlarını PİSLƏDİ

Dünya

27 Aprel 2023, 01:02

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İrəvanda "Nemezis abidəsi"nin qoyulmasına etirazını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

XİN-in yaydığı bəyanatda biabırçı abidənin açılışının 31 Türkiyə diplomatının və onların ailə üzvlərinin ölümü ilə nəticələnən dəhşətli hücumlara səbəb olan qanlı terror aktının şöhrətləndirməsi olduğu bildirilib.

 

“Bu hadisənin erməni mətbuatında təqdim olunma tərzi onu göstərir ki, bəzi təfəkkürlərdə hələ də tarixin təhrif olunmuş şərhi var, onu qəbul etmək mümkün deyil. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ruhuna uyğun gəlməyən bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm və davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək", - deyə bəyanatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi