Yunanıstanın Krit adasının sahillərində 5,1 bal gücündə zəlzələ olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri İraklion şəhərindən 159 kilometr şimal-şərqdə, ocağı isə 122 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.