Modern.az

30 nəfər əlil Latviyaya bərpa-müalicəsinə göndərilib

30 nəfər əlil Latviyaya bərpa-müalicəsinə göndərilib

25 İyun 2013, 12:37
«2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»nda əlillərin  sağlamlığının mühafizəsi və tibbi bərpası, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, sanatoriya-kurort müalicələrinin təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu istiqamətdə tədbirlərin davamı kimi, 24 iyun 2013-cü il tarixdə 30 nəfər əlil vətəndaş ilk dəfə olaraq Latviya Respublikasının Yurmala şəhərində yerləşən «Vaivari» sanatoriyasına 20 günlük bərpa-müalicəsinə göndərilib. Bərpa müalicəsinə göndərilən şəxslərin nəqliyyat, müalicə və digər xərcləri qeyd olunan Proqramda nəzərdə tutulan vəsaitdən ödənilib. Eyni zamanda, onların hava limanından yola salınması və qarşılanmaları, müşayiətçi şəxslərlə təmin edilmələri üçün bütün zəruri tədbirlər görülüb. Həmin sanatoriyada aparılan ixtisaslaşmış fizioterapevtik müalicə kursu əlillərin səhhətində müsbət dəyişikliklər yaradır. 

Qeyd edək ki, bundan öncə əlilliyi olan şəxslərin Ukrayna və Bolqarıstanda da bərpa-müalicə kursu keçmələri təşkil olunub.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama