Modern.az

Zelenski Rişi Sunakın müşavirini qəbul etdi

Zelenski Rişi Sunakın müşavirini qəbul etdi

Dünya

27 Aprel 2023, 10:04

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Timoti Barrou ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında məlumat yayıb.

 

"Ölkəmiz Böyük Britaniyanın müdafiəyə dəstək sahəsində liderliyini yüksək qiymətləndirir. Ukrayna üçün Qərb tipli hərbi təyyarələr və Rusiya təcavüzkarına qarşı lazım olan müxtəlif növ silahlar alması vacibdir. Böyük Britaniyanı Ukrayna üçün hava koalisiyasının yaradılmasında öncül olmağa çağırıram", - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi