“Hər bir çağırışçının sağlamlığı öndə duran məsələdir”. Modern.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
Hərbi xidmətə gedəcək gənclərin sağlamlığı məsələsinə toxunan A.Rəhimov qeyd edib ki, çağırışçı əgər sağlamlığında problem olduğunu əsas gətirisə, o zaman mütəxəssisin müayinəsi də həyata keçirilir.
“Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tibb müəsisələrində onlara təkrar tibbi yoxlamadan keçirlər. Onlar haqqında şübhəli və dəqiq olmayan rəy varsa, üçüncü mərhələdə həmin çağırışçıları hərbi həkim komissiyasına göndərilir”-deyə bildirib. Daha sonra xidmət rəisi əlavə edib: “Əgər hərbi qulluqçu xidmət zamanı xəstələnirsə, bu təbii bir haldır. Bu gün mülki həyatda olan insanlar da xəstələnə bilər. Amma orduya hamı sağlam şəkildə göndərilir”.
A.Rəhimov həmçinin bildirib ki, rəhbərlik etidiy qurumda elektron şəkildə işlərin apartılması gələcəkdə əsas prioritet olacaq.
O qeyd edib ki, bu il informasya texnologiyaları ili olduğundan xidmətdə də vahid məlumat sisteminin yaradılması həyata keçirilir. “İyul çağrırışından başlayaraq hər bir gənc özü haqqıda məlumatı saytımıza girməklə əldə edə bilər. 30 iyun tarixində hər bir çağırışçı xidmət edəcəyi yer və qoşun növü haqqında məlumat əldə edə biləcək”-deyə vurğulayıb.
Aqşin Kərimov