Modern.az

Sunak müşavirini Kiyevə göndərdi - FOTOLAR

Sunak müşavirini Kiyevə göndərdi - FOTOLAR

Dünya

27 Aprel 2023, 12:10

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Yermak bu barədə tviter səhifəsində məlumat verib.

 

"Ukraynanın dostu, Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou ilə görüşmək çox xoşdur. Yardımınız və dəstəyiniz üçün təşəkkür edirik. Bu gün əməkdaşlığımızın səviyyəsi son dərəcə yüksəkdir. Gələcəkdə daha da güclənəcəyinə şübhə yoxdur", - deyə o yazıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi