"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tərəfdaşlıq tam həyata keçirilməyib".
Modern.az "Sputnik Tajikistan"a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Denis Manturov bildirib.
"Geosiyasi qeyri-sabitlik şəraitində bloka daxil olan ölkələrin müdafiə potensialının artırılması, milli maraqlar və mövcud balanslar nəzərə alınmaqla hərbi-sənaye kompleksi müəssisələrinin inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində KTMT-nin hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyanın iclası keçirilib.