
Türkiyənin “Ay Yapım” şirkəti “Kanal D” telekanalında yayımlanacaq və Azərbaycanlı gənclə erməni qızın sevgisindən bəhs edəcək yeni serialın çəkilişinə hazırlaşır. Serialın baş rol ifaçıları Məryəm Uzerli və Kıvanç Tatlıtuğ olacaq.
Xalq artisti Nurəddin Mehdixanlı
Modern.az-a açıqlamasında bildirib ki, bu xəbərə ciddi yanaşmaq lazımdır. “Türkiyədə AKP hökumətinin fəaliyyəti nəticəsində orda ermənilər kifayət qədər aktivləşiblər. Anti-Azərbaycan fəaliyyətini başında da məhz onlar dururlar. Türkiyədə kifayət qədər maliyyə imkanları olan erməni şirkətləri var. Belə işlərin məqsədi Azərbaycanla Türkiyə arasında qarşıdurma yaratmaq, xalqları bir-birindən incik salmaqdır. “Muhteşem Yüz yıl” filmində Şah Təhmasibin, Şah İsmayılın aşağılanması da buna hesablanmışdı. Yadınızdadırsa, futbol oyunundan sonra bayrağımızı zibil qutusuna atdılar. Dövlətin başında olanlar buna şərait yaradırlar. Abdullah Gül erməniylə futbola baxanda nəticəsi də belə olacaqdı”.
N. Mehdixanlı Oğuz Xaqanın vəsiyyətini xatırladıb və bildirib ki, onun dediklərinə əməl olunmayınca vəziyyət dəyişməyəcək: “Nə qədər ki, türk kişiləri Oğuz Xaqanın vəsiyyətinə əməl etməyiblər, başımıza bu bəlalar çox gələcək. Əlini, dilini, belini qoru. Türkün başına gələn bir çox bəlalar belini qorumamqdan gəlir. Amma hesab edirəm ki. biz bütün bunları aşacağıq. Belə cılız təxribatlar bizim aramızda problem yarada bilməz”.
İntiqamValehoğlu