Modern.az

Ukraynanın 9-dan çox briqadasını silahlandırmışıq - Stoltenberq

Ukraynanın 9-dan çox briqadasını silahlandırmışıq - Stoltenberq

Dünya

27 Aprel 2023, 12:56

"NATO ölkələri Ukrayna Silahlı Qüvvələrinin 9-dan çox briqadasına təlim keçib və silahlandırıb".

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu hərbi alyansın baş katibi Yens Stoltenberq bildirib.

 

O vurğulayıb ki, Ukrayna artıq vəd edilən yardımın 98%-ni alıb.

 

"Deyə bilərəm ki, o cümlədən 1550 zirehli texnika, 230 tank və külli miqdarda sursat alıb", - deyə Stoltenberq vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi