Modern.az

Peskov Ərdoğanın səhhətindən və Zelenski-Tsinpin danışığından söz açdı

Peskov Ərdoğanın səhhətindən və Zelenski-Tsinpin danışığından söz açdı

Dünya

27 Aprel 2023, 13:17

"Akkuyudakı mərasimdən əvvəl bu gün Moskva vaxtı ilə saat 15:00 radələrində Putin və Ərdoğan arasında telefon danışığı gözlənilir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Kreml Ərdoğanın səhhəti ilə bağlı “çətinliklər” haqqında heç nə bilmir. Putin və Si Tsinpin arasında yaxın gələcəkdə təmaslar planlaşdırılmır. Onunla Zelenski arasındakı söhbət Çin və Ukraynanın suveren işidir. Çin sədri Moskvaya səfəri zamanı Putinlə Ukraynanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünün bərpası mövzusunu müzakirə etməyib. Rusiya Federasiyası Ukraynadakı münaqişənin sonunu və əməliyyatın məqsədlərinə çatmağı yaxınlaşdıra biləcək hər şeyi alqışlayır", - deyə o bildirib.

 

"Rusiya diplomatlarının Avropadan çıxarılması cavab tədbirləri olmadan qala bilməz, lakin bu, ölkələr arasında münasibətlərin korlanmasına səbəb olan növbəti addımdır", - sözçü əlavə edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi