Modern.az

“Azadlıq Radio“sunun Bişkek bürosu bağlandı

“Azadlıq Radio“sunun Bişkek bürosu bağlandı

Media

27 Aprel 2023, 15:26

Qırğızıstanın Leninski rayon məhkəməsi “Azad Avropa Radiosu” (Radio Free Europe/Radio Liberty) holdinqinə daxil olan "Azadlıq Radio"sunun Bişkek bürosunu bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Büro nümayəndələri qərarın verilməsindən sonra 30 gün ərzində Bişkek şəhər məhkəməsinə şikayət təqdim edə bilər.

 

Xatırladaq ki, ötən ilin payızında Qırğızıstanın Mədəniyyət Nazirliyi radiostansiyanın fəaliyyətini iki ay müddətinə dayandırıb. Buna səbəb olaraq, radionun düşmən mövqe sərgiləməsi və təsdiqlənməmiş məlumat yaymaq (dezinformasiya) göstərilmişdi.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər