Rəsmi İrəvan Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyanın Rusiyanın paytaxtı Moskvada görüşəcəyini təsdiqləməyib.
Modern.az xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan yerli mətbuata açıqlamasında deyib.
"Razılaşmalar və təkliflər var, görüşün yerini və tarixini sonra açıqlayacağıq",- deyə XİN rəsmisi bildirib.
Xatırladaq ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşü ilə bağlı razılığın əldə olunduğunu açıqlamışdı. İrəvan isə Zaxarovanın dediklərini təsdiqləməyib.