Azərbaycanda himayədar ailələrin tətbiqi müsbət haldır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova bildirib.
O qeyd edib ki, himayədar ailələrin olması ölkədə valideynlərini itirmiş, valideyn qayğısından məhrum olmuş uşaqların himayə olunmasında yaxşı rol oynayacaq:
"Qeyd edim ki, bizim ölkədə bu qayda geniş vüsət almasa da, xaricdə çox yayılıb. Qonşu Türkiyədə də bu hal ilkin olaraq çox müşahidə olunmasa da, indi himayədar ailələrin sayı çoxalıb”.