Modern.az

Sabah yağış yağacaq - HAVA

Sabah yağış yağacaq - HAVA

25 İyun 2013, 13:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

İyunun 26-da Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37 isti, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama