Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Suriya prezidenti Bəşər Əsəd və İran prezidenti İbrahim Rəisinin görüşü keçirilə bilər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına açıqlamasında ölkənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
Qeyd edək ki, bir neçə gün öncə 4 ölkənin müdafiə nazirləri və kəşfiyyat orqanlarının rəhbərləri Moskvada toplaşmışdılar. Həmçinin XİN başçılarının müavinləri səviyyəsində də görüş keçirilmişdi. Ölkələrin xarici işlər nazirləri arasındakı görüşün təşkili istiqamətində isə hazırlıq işləri davam etdirilir.