Braziliya Ukrayna üçün Almaniyaya sursat göndərməkdən imtina edib.
Modern.az xəbər verir ki, bu barədə "Unian" nəşri yazıb.
Bildirilib ki, Braziliya prezidenti Lula da Silva bunu “hərbi münaqişənin tərəfinə çevrilmək” istəməməsi ilə izah edib.
Onun sözlərinə görə, Almaniya kansleri Olaf Şolts ondan Almaniyadan alınmış tank mərmilərini Ukraynaya tədarük üçün göndərməyi xahiş edib.