“Türkiyə artıq nüvə enerjisinə, dünyanın ən ucuz mənbələrindən birinə malik ölkə olacaq”.
Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Akkuyu AES-ə yanacaq tökülməsi mərasimində onlayn formatda iştirak edən Rusiya prezidenti Vladimir Putin deyib.
“Türkiyə-Rusiya tarixinin ən böyük ortaq layihələrindən biri olan Akkuyu AES ölkələrimiz arasında qonşuluq münasibətlərinə töhfə verəcək”, - Putin söyləyib.
“Akkuyu AES-dəki sistem dünyanın ən müasir və etibarlı təhlükəsizlik sistemlərindən biridir”, - o əlavə edib.