İtaliyanın “La Repubblica” qəzetində işləyən ukraynalı jurnalist Boqdan Bitik Rusiya ordusunun snayperi tərəfindən öldürülüb.
Modern.az xəbər verir ki, hadisə Xerson vilayətində baş verib.
Qəzet bildirib ki, iki jurnalist Rusiya ordusu tərəfindən pusquya salınıb, nəticədə Bitik həlak olub, italyan müxbir Corrado Zunino isə yaralanıb.
"Onların hər ikisinin üzərində “Press” yazılmış gülləkeçirməz jiletlər olub”, - deyə məlumatda qeyd olunub.