Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hindistana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şoyqu Nyu-Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.
“İclas zamanı beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi planlaşdırılır”, - nazirlik qeyd edib.
İclasda ŞƏT ölkələrinin (Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan) müdafiə nazirləri, həmçinin müşahidəçi dövlət kimi Belarus və İranın müdafiə nazirliklərinin rəhbərləri iştirak edəcək.