Modern.az

Moskvadan Yerevana dəstək BƏYANATI: Rus ordusu Ermənistanın təhlükəsizliyini etibarlı qoruyur

Moskvadan Yerevana dəstək BƏYANATI:  Rus ordusu Ermənistanın təhlükəsizliyini etibarlı qoruyur

25 İyun 2013, 15:45

«102-ci hərbi baza hərbiçilər, ordu, sərhədçilər və onlarla əməkdaşlıq edənlər Ermənistanın təhlükəsizliyini etibarlı qoruyurlar». Modern.az bildirir ki, bu bəyanatı iyunun 25-də Yerevanda olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ikitərəfli sənədlərin imzalanması zamanı deyib.

“Ermənistanın təhlükəsizliyini təmin edəcək kifayət qədər güc və vasitə var və bu mövzuda heç bir narahatçılıq olmamalıdır”-deyə Patruşev vurğulayıb.

 “Biz 102-ci hərbi bazanı təftiş edərkən əmin olduq ki, hərbiçilər, ordu, sərhədçilər və onlarla əməkdaşlıq edənlər Ermənistanın təhlükəsizliyini etibarlı qoruyurlar”-deyə TŞ katibi əlavə edib.

KİV-lərdə geniş yayılan Rusiyanın Azərbayvcana silah satması məsələsinə gəlincə isə Patruşev qeyd edib ki, Rusiya silah ticarəti zamanı beynəlxalq tələb və öhdəlikləri, o cümlədən Rusiya Federasiyası qanunlarına tam riayət edir. Bununla yanaşı Patruşev Rusiya ilə Ermənistan arasında mövcud olan strateji münasibətləri xatırladıb.

Modern.az    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama