Modern.az

ABŞ-dan Rusiya və İrana qarşı yeni sanksiyalar

ABŞ-dan Rusiya və İrana qarşı yeni sanksiyalar

Dünya

28 Aprel 2023, 08:20

ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) qarşı sanksiyalar tətbiq edib.


Modern.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden bununla bağlı qərar imzalayıb.

 

Sanksiya tətbiq edilən qurumlara rəhbərlik edən şəxslərin, eləcə də əməkdaşların ABŞ-a girişi qadağan olunub, onların bank hesabları dondurulub.


Vaşinqton administrasiyasının açıqlamasında qeyd olunub ki, bu qurumlar təqsiri olmayan Amerika vətəndaşlarını qanunsuz şəkildə həbs ediblər. Diqqətə çatdırılıb ki, ABŞ belə hallarla barışmaq niyyətində deyil və həmin qurumlara qarşı mübarizə aparacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi