Modern.az

Ukrayna yenidən bombalandı - Ölənlər var

Ukrayna yenidən bombalandı - Ölənlər var

Dünya

28 Aprel 2023, 08:32

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın mərkəzi və cənub bölgələrində yerləşən şəhərlərə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə "İnterfaks" və digər agentliklər məlumat yayıb.

 

Məlumata görə, gecə yarısından sonra Ukraynanın mərkəzindəki Dnepr, Kremençuk, Poltava və cənubdakı Nikolayev şəhərlərində güclü partlayışlar qeydə alınıb.

 

Dnepr şəhərinin meri Boris Filatov "Telegram" hesabında paylaşım edərək, hadisə zamanı biri gənc xanım, digəri üç yaşlı uşaq olmaqla iki nəfərin həlak olduğunu açıqlayıb.

 

Çerkassı vilayətinin rəhbəri İqor Taburetsin verdiyi məlumata görə, Uman şəhərində yaşayış binasına raket dəyib, 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.

 

Kiyev də partlayışlar eşidilib, dərhal hava hücumu sirenləri işə salınıb. Kiyevə hücumun detalları, itkilərin olub-olmadığı məlum deyil. Şəhərin hərbi idarəsi zenit bölmələrinin fəaliyyətdə olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi