Modern.az

AŞPA-dan “Qarabağ” ÇAĞIRIŞI: “Ancaq dinc yolla..”

AŞPA-dan “Qarabağ” ÇAĞIRIŞI: “Ancaq dinc yolla..”

25 İyun 2013, 15:47


Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyası hazırda davam edir. Modern.az-ın məlumatına görə, sessiyanın ikinci günündə AŞPA sədri ötən dövr ərzində görülən işlər barədə məlumat verib, büro və daimi komitənin hesabatları dinlənilib.

Sessiya çərçivəsində dondurulmuş münaqişələrə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub, məsələnin beynəxlaq hüquq prinsiplərə uyğun  və dinc yolla həlli önə çəkilib.

Qeyd edək ki, AŞPA-nın yay sessiyasında ölkəmizi Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu -Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov təmsil edirlər. Sessiya iyunun 28-dək davam edəcək.

A.RÜSTƏMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama