Modern.az

Baydenin reytinqi ən aşağı səviyyəyə DÜŞDÜ

Baydenin reytinqi ən aşağı səviyyəyə DÜŞDÜ

Dünya

28 Aprel 2023, 08:38

ABŞ-ın dövlət başçısı Co Baydenin reytinqi prezident seçilməsindən bəri ən aşağı səviyyəyə düşüb.

 

Modern.az xəbər verir ki, bunu "Gallup" tədqiqat xidmətinin keçirdiyi sorğunun nəticələri göstərir.

 

Sorğu zamanı respondentlərin 37%-i Baydeni dəstəklədiyini bildirib.

 

Aprelin 3-dən 25-dək keçirilən sorğuda 1000 yetkin amerikalı iştirak edib. Sorğunun nəticələri göstərir ki, demokratların 83%-i və respublikaçıların 4%-i ABŞ prezidentinin fəaliyyətini bəyənir.

 

Bundan əlavə, sorğu zamanı amerikalılardan iqtisadiyyatdakı vəziyyəti qiymətləndirmələri xahiş olunub. Respondentlərin 16%-i iqtisadiyyatın əla və ya yaxşı, 47%-i isə pis olduğunu deyib. Respondentlərin 19%-i iqtisadiyyatda vəziyyətin yaxşılaşdığını düşünür, 75%-i isə əks fikirdədir.

 

Xatırladaq ki, aprelin 25-də Co Bayden 2024-cü il seçkilərində yenidən namizəd olacağını açıqlayıb. O, seçicilərdən başladığı “işi bitirmək” üçün ona daha çox vaxt vermələrini istəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi