Modern.az

Hazırlıq kursundan oğurluq edildi - FOTO

Hazırlıq kursundan oğurluq edildi - FOTO

Hadisə

28 Aprel 2023, 08:44

Ağcabədi Rayon Polis Şöbəsinə fevral ayında rayondakı hazırlıq kursunun yerləşdiyi binadan oğurluq edilməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar olunub.

 

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Nihad Hüseynov saxlanılıb. N.Hüseynov oradan notbuklar və proyektor oğurlamaqla 3 500 manat dəyərində ziyan vurub. Oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal