Modern.az

Azərbaycanda 1827 məhbus azadlığa buraxılıb

Azərbaycanda 1827  məhbus azadlığa buraxılıb

25 İyun 2013, 15:54

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Amnistiya Aktının icrası davam etdirilir. Artıq 1827 məhkum azadlığa buraxılıb. Bu barədə Modern.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. Onun sözlərinə görə, amnistiyanın icrası davam etdirilir. Xidmət rəsmisi bildirib ki, artıq 1969 məhkuma amnistiya haqqında qərar tətbiq olunub. Onlardan 1827-si azadlığa buraxılıb, 142-nin isə cəza müddəti yarıya kimi endirilib. “Amnistiya qərarının icrası gündəlik olaraq həyata keçirilir. Qərara əsasən, 4 ay müddətində tam icra olunmalıdır. Amma biz bunu qısa zamanda tam başa çatdıracağıq. Sadəcə olaraq bəzi təsdiqləyici sənədlər daxil olmalıdır sorğulara. Müvafiq sənədlər daxil olandan sonra amnistiya əhatə dairəsinə düşən məhkumların hamısı ya azad olunacaq, ya da cəza müddəti əri azaldılacaq”, – deyə Mehman Sadıqov bildirib.    
Xatırladaq ki, Amnistiya Aktına əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslərin azadlıqdan məhrum etmə cəzasından azad edilmələri nəzərdə tutulur.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama