Serbiya prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib edib.
Modern.az xəbər verir ki, o, "Sputnik Serbiya"ya açıqlamasında məlumatın doğru olmadığını deyib.
Ölkənin baş naziri isə yazıb ki, opponentləri “Vuçiçi məğlub edə bilmədikləri üçün onun ölməsini istəyirlər”.
***
Serbiya prezidenti Aleksandr Vuçiçin səhhətində problem yaranıb.
Modern.az NEXTA-ya istinadən xəbər verir ki, o, təcili olaraq xəstəxanaya yerləşdirilib.
Vuçiçin nəyə görə xəstəxanaya yerləşdirildiyi və hazırda sağlıq durumunun necə olduğu açıqlanmayıb. Hələlik qurumlər tərəfindən rəsmi məlumat verilməyib.