Modern.az

Morninqstar həbsdə olan NİDA-çılarla bağlı BƏYANAT verdi

Morninqstar həbsdə olan NİDA-çılarla bağlı BƏYANAT verdi

25 İyun 2013, 16:34


ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar NİDA vətəndaş hərəkatının həbsdə olan üzvləri ilə bağlı bəyanat verib. Səfirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bəyanatda NİDA üzvlərinin məhkəmələrinin şəffaf keçirilməsina dair hökumətə çağırış edilib:

“Mətbuatın məlumatına əsasən dünən N!DA təşkilatının iki üzvü, Zaur Qurbanlı və Rəşad Axundov barəsində qəbul edilmiş həbs-qəti imkan tədbirinin müddəti uzadılıb. Biz adıçəkilən şəxslərin və yazda keçirilmiş nümayişlər nəticəsində həbs edilmiş digər şəxslərin məhkəmə işlərini narahatlıqla izləməkdə davam edirik.   

Biz hökuməti saxlanılan bütün şəxslərin məhkəmə işləri üzrə müvafiq prosesi və qanun aliliyini, o cümlədən, təxirəsalınmaz, ədalətli və şəffaf məhkəmə proseslərini təmin etməyə çağırırıq. Biz bu məhkəmə işlərini yaxından izləməyi və həmin məhkəmə işlərinə dair hökumətlə müzakirələr aparamağı davam etdirəcəyik”-deyə səfirin bəyanatında bildirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama