Modern.az

YAP rəhbərliyi seçkilərlə bağlı xüsusi tapşırıqlar verdi

YAP rəhbərliyi seçkilərlə bağlı xüsusi tapşırıqlar verdi

25 İyun 2013, 16:50


İyunun 25-də YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın Nərimaanov rayon təşkilatı ərazi ilk partiya təşkilatının sədrləri ilə görüşüb. YAP-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, partiyanın yerli strukturlarında belə görüşlərin mütəmadi olaraq keçirildiyini deyən Əli Əhmədov bildirib ki, əsas məqsəd prezident seçkiləri ilində yerli təşkilatların işini daha da gücləndirməkdən ibarətdir.
Ə.Əhmədov bu yaxınlarda YAP-ın V Qurultayının uğurla keçirildiyini xatırladıb. Qurultayda partiyanın Sədri cənab İlham Əliyev rəsmi şəkildə prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul olunduğunu deyən Əli Əhmədovun sözlərinə görə, belə bir qərarın qəbul olunması ciddi əsaslara söykənir.
YAP Sədrinin müavini bildirib ki, son 10 il ərzində Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib.

«Təbii ki, bu amillər Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin nüfuzunu daha da artırır. Hazırki siyasətin uğurlarını insanlar öz rifahlarının yüksəlməsində də görür və bu siyasətin davamlı olmasını arzulayır»- deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, seçki ilə bağlı partiyanın yerli strukturları, o cümlədən ilk təşkilatlar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. YAP Sədrinin müavini qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar YAP Nərimanov rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verib.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev iştirak ediblər.

A.RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama