Modern.az

Sülhməramlıların yeni komandanı Papikyanla görüşdü - YENİLƏNİB

Sülhməramlıların yeni komandanı Papikyanla görüşdü - YENİLƏNİB

28 Aprel 2023, 13:54

Ermənistanın müdafiə naziri Suren Papikyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovla görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, general-polkovniklə regiondakı əməliyyat vəziyyəti və problemləri müzakirə edib.

 

Sülhməramlıların rolunun səmərəliliyinin artırılmasından da danışılıb. Papikyan üçtərəfli bəyanatların yerinə yetirilməsi və Laçın dəhlizinin vacibliyini vurğulayıb.

 

***

10:50

 

Qarabağdakı Rusiya sülhməramlı hərbi kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsov bu gün İrəvana səfər edəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə Ermənistan mətbuatına məlumat verib.

 

Bildirilib ki, o, yaxın saatlarda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI