“Şeron” qrupu sabiq deputat Hüseyn Abdullayevə etiraz olaraq mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, qrup üzvləri H.Abdullayevinb “Susma” mahnısına hazırladığı klipdən imtina ediblər. Şeron” qrupunun üzvü Ülvi Cəfərov “Susma”nın vətənpərvər ruhda yazıldığını zənn edərən ifa etdiklərini bildiriblər.
“Bu mahnını biz vətənpərvər mövzuda oxumuşuq. Lakin təəssüflər olsun ki, bu klipə hansısa mitinqdən çəkilmiş görüntülər verilib. Bu düzgün deyil. Yaxşı olardı ki, bu mahnıya Xocalı soyqırımı, işğal olunmuş torpaqlarla bağlı klip çəkiləydi. Biz indiyə qədər bəstəkar Hüseyn Abdullayevin bir neçə mahnısını ifa etmişik, lakin ilk dəfədir ki, bu cür halla rastlaşmışıq”-deyə “Şeron” qrupu H.Abdullayevə etiraz edib.
Qrup üzvləri ifa etdikləri mahnıya belə bir klipin hazırlanacağından xəbərsiz olduqlarını deyiblər.
Qeyd edək ki, eks-deputat H.Abdullayevin hakimiyyətə etiraz olaraq hazırladığı “Susma” mahnısı cəmiyyətdə böyük səs-küy yaradıb.
Modern.az