Modern.az

Türkiyə təyyarəsinin vurulması rəsmən TƏSDİQLƏNDİ - YENİLƏNİB

Türkiyə təyyarəsinin vurulması rəsmən TƏSDİQLƏNDİ - YENİLƏNİB

Dünya

28 Aprel 2023, 11:48

Türkiyənin Milli Müdafiə Nazirliyi Sudanda bu ölkənin təyyarəsinin atəşə tutulması ilə bağlı rəsmi açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, açıqlamada bildirilib:

 

"Sudanda C-130 markalı təxliyə təyyarəmizə yüngül silahla atəş açılıb. Təyyarəmiz təhlükəsiz şəkildə enişini həyata keçirib. Yaralı personal yoxdur".

 

***

11:23

 

Sudanda Türkiyənin vətəndaşlarını təxliyə məqsədilə bu ölkəyə gələn təyyarəsi atəşə tutulub.

 

Modern.az "Sputnik Türkiye"yə istinadən xəbər verir ki, məlumatı Sudan ordusu yayıb.

 

Bildirilib ki, Çevik Hərəkət Qüvvələrinin təyyarəni atəşə tutması nəticəsində 1 nəfər xəsarət alıb.

 

Türkiyə tərəfi hələlik hadisəyə münasibət bildirməyib. Detallar məlum deyil.

 

Qeyd edək ki, aprelin 15-də Sudanın paytaxtı Xartum şəhəri və ətrafında ölkənin təhlükəsizlik qüvvələri arasında döyüşlər başlayıb. Həmin gündən bəri ölkənin 20-ə yaxın vilayətində toqquşmalar yaşanır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi