Modern.az

Biz mübahisələrin yalnız dinc yolla həllini istəyirik - Fransa XİN başçısı

Biz mübahisələrin yalnız dinc yolla həllini istəyirik - Fransa XİN başçısı

Dünya

28 Aprel 2023, 11:42

"Fransa bütün mübahisələrin müstəsna olaraq danışıqlar yolu ilə həllini istəyir".

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Fransanın Ermənistanda səfərdə olan xarici işlər naziri Ketrin Kolonna deyib.

 

"Bu, Fransanın Avropa İttifaqı ilə birlikdə üzərinə götürdüyü öhdəliklərin əsasını təşkil edir. Məhz bu çağırışı etmək üçün cavabdehlik danışıqları bərpa etmək və qanuna hörmət etməkdən ibarətdir. Mən bu həftə Azərbaycanda və Ermənistanda səfərdəyəm", - deyə o bildirib.

 

"Biz Rusiyanın Ukraynaya təcavüzünün nəticələrini birgə qiymətləndirməliyik. Hər kəs öz məsuliyyətini dərk etməli və sülhün bizim ən böyük dəyərimiz olduğunu qavramalıdır. Həlledici məqamdayıq", - nazir əlavə edib.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi