Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azadlıq Meydanında sabah keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Eldar Sabiroğlu məlumat verib.
Məlumata əsasən, son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri general-polkovnik Səfər Əbiyev verəcək.
Modern.az