Modern.az

Türkiyəli atletlər "Formula 1"-i izləyirlər

Türkiyəli atletlər

İdman

28 Aprel 2023, 12:56

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında Bakıda səfərdə olan Türkiyənin ağırlıqqaldırma Türkiyə millisinin üzvləri “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisini izləyirlər.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov sosial şəbəkə vasitəsilə paylaşımında bildirib.

 

Federasiya rəsmisi Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan xanım atletlər Nuray Güngör, Cansu Bektaş və gümüş mükafatçı Qamze Altunla birlikdə tribunada çəkdiyi şəkli paylaşıb.

 

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisində əsas yarış aprelin 30-da keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!