Modern.az

ASAN xidmət ilk dəfə Talış kəndində - FOTOLAR

ASAN xidmət ilk dəfə Talış kəndində - FOTOLAR

Qarabağ

28 Aprel 2023, 13:22

“Səyyar ASAN xidmət” Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində vətəndaşlara xidmət göstərib.

 

Modern.az xəbər verir ki, bu çərçivədə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi xidməti həyata keçirilib.

 

“Səyyar ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

2013-cü ilin iyun ayından etibarən 2 milyon 790 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

 

Xatırladaq ki, Talış kəndinə “Böyük Qayıdış” proqramı çərçivəsində 20 ailə (90 nəfər) bu il Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüblər.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI