Modern.az

“Formula 2”də sıralama turunun qalibi bəlli oldu - YENİLƏNİB

“Formula 2”də sıralama turunun qalibi bəlli oldu - YENİLƏNİB

28 Aprel 2023, 16:00

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. 

 

Modern.az xəbər verir ki, yarışı "Prema Racing" komandasanın pilotu Oliver Bearman birinci yerdə bitirib.

 

30 dəqiqə davam edən yürüşdə “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi yarışı ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer üçüncü pillədə başa vurub.

 

Qeyd edək ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.

 

***

15:16

 

“Formula 2” üzrə Azərbaycan Qran-prisində qəza baş verib.

 

Modern.az xəbər verir ki, sıralama turunda Bred Benavidesin bolidi birinci döngədə təhlükəsizlik maneəsinə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və pilot yarışı davam etdirə bilməyib.

 

***

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu keçirilir.

 

Modern.az xəbər verir ki, yarış saat 15:00-da start götürüb.

 

Qeyd edək ki, ikinci dərəcəli pilotların sərbəst yürüşündə ən yaxşı nəticəni "Prema Racing" komandasının pilotu Oliver Bearman göstərib. "Hitech" komandasının üzvü İsak Hacar ikinci olub. İlk üçlüyü "Campos Rasing"dən Kuş Maini tamamlayıb.

 

Aprelin 29-da "Formula 2"də sprint, bir gün sonra əsas yarış təşkil olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi