Modern.az

Şamaxıda axtarılan ayı İsmayıllıda tapıldı

Şamaxıda axtarılan ayı İsmayıllıda tapıldı

25 İyun 2013, 17:35

Şamaxıda ayının kəndə enməsi, iki nəfərə xəsarət yetməsi rayon sakinlərini salıb. Ümumiyyətlə bu yeni bir xəbər deyil, çünki müxtəlif vaxtlarda biz yırtıcı heyvanların rayona hücum xəbərlərini tez-tez eşidirik. Bəs, Azərbaycanda yırtıcı heyvanlar ən çox haradadır?

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşı Ziyad Quliyev Modern.az-a açıqlamasında bildirib ki, ən çox yırtıcı heyvanlar Böyük Qafqaz dağlarında məskunlaşır.

“Bizdə iri yırtıcılar ayı, bəbir, vaşaq, canavar, çaqqal və tülküdür. Canavar hər yerdə var, xəbərlərdə canavarların kəndə gəlməsi, kənd təsərrüfatı heyvanlarına hücumu bunu sübut edir. Ayı ancaq İsmayıllıda çoxdur, çünki orada qoruq var. Eyni zamanda Zaqatalada da ayı çoxdur. Kiçik Qafqazda isə çoz azdır. Lənkəran təbii vilayətində də ayıya rast gəlinir. Bəbir isə əsasən 3 yerdə – Naxçıvan, Çeyrançöl, Lənkəranda olur. Vaşağa da hər tərəfdə rast gəlmək mümkündür”.

Z. Quliyev yırtıcı heyvanların insanlara hücumu barədə məlumatların çox olduğunu vurğulayıb. “Belə məlumatlar çoxdur, sadəcə onlar qeydiyyata düşmür. Ayı və canavardan fərqli olaraq bəbir və vaşağın insanlara hücum etməsi faktlarını eşitməmişəm. Amma insanların onları öldürməsi fakatları daha çoxdur”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama