“Bakcell şirkəti və “Mançester Yunayeted” futbol klubunun birgə təşkil etdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbi iyunun 24-də “Bakcell Arena”da başlayıb. Burada respublikanın müxtəlif bölgələrindən olan 8-12 yaş arası 32 uşaq “Mançester Yunayted”in məşqçiləri tərəfindən təlim-məşq toplantısı keçir. Məktəbə seçim turları Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyilə iyunun 11-dən 22-ə kimi Bakı, Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıtda təşkil olunub.
Təlim-məşq toplantısının nəticələrinə uyğun seçilən 5 gənc Mançesterə səfər edərək “Old Trafford”, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də komandanın təlim-məşq bazasında olacaqlar. Yay məktəbinin nəticələri və seçimlər haqqında Bakcell-in iyunun 28-də təşkil edəcəyi mətbuat konfransında məlumat veriləcək.