Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında məlumat yayıb.
"Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi, sənaye, ticarət, turizm və rəqəmsallaşma sahəsində əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", - nazir əlavə edib.