Modern.az

Liderliyi əldə saxlamaq çətin olacaq - Şarl Lekler

Liderliyi əldə saxlamaq çətin olacaq - Şarl Lekler

İdman

28 Aprel 2023, 20:34

Unutmamalıyıq ki, bolidimiz hələ də rəqabətdə “Red Bull”a uduzur. Bu səbəbdən liderliyi əldə saxlamaq çətin olacaq.

 

Modern.az xəbər verir ki, bunu Formula 1 Azərbaycan Qran-Prisində sıralama turunu ilk pillədə bitirən “Ferrari”nin pilotu Şarl Lekler deyib.

 

O, öz çıxışından razı qaldığını söyləyib: “Yarış həftəsindən əvvəl fikirləşirdik ki, “Aston Martin” və “Mercedes”i qabaqlamalıyıq. Amma nəticədə sıralama turunu birinci pillədə bitirdik. Bu, bizim üçün xoş sürpriz oldu. Dövrəni yaxşı başa vurdum. Bu həftə sonunda bütün sürücülərin qarşısında çətin hədəf qoyulub. Çünki bir sərbəst yürüşümüz var. Bizi sabah – aprelin 29-da daha ciddi sınaq gözləyir. Yaxşı nəticə əldə etmək üçün çalışmalıyıq”.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!