Modern.az

Bakıda hərbi parad keçirildi - FOTO+VİDEO

Bakıda hərbi parad keçirildi - FOTO+VİDEO

Ölkə

26 İyun 2013, 10:25


Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş hərbi parad başlayıb. Modern.az-ın məlumatına görə, hazırda Azaalıq meydanında davam edən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, xarici diplomatlar, millət vəkilləri, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. Son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və helikopter, 40-a yaxın gəmi və kater cəlb olunub.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi