Modern.az

Ağstafadakı dəhşətli qəzada ölənlərin ADLARI - YENİLƏNİB

Ağstafadakı dəhşətli qəzada ölənlərin ADLARI - YENİLƏNİB

29 Aprel 2023, 16:51

Ağstafada yol qəzasında ölən və yaralanan şəxslərin adları açıqlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Modern.az-a verdiyi xəbərə görə, Bakı Qazax avtomagistralının Ağstafa rayon ərazisindəki yeni tikilmiş və istismara verilməmiş hissəsində VAZ 2107 və Toyota markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, VAZ 2107 markalı avtomobildə olan Ağstafa rayon sakinləri 1991-ci il təvəllüdlü Elşad Namazov, 1994-cü il təvəllüdlü Ramin Məmmədov, Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov ölüb, digər sərnişinlər Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

 

Bundan başqa "Toyota" markalı avtomobildə olan 6 nəfərdən 3-ü orta-ağır, 3-ü isə yüngül bədən xəsarətləri alıblar.

 

***

14:56

 

Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində "Toyota" və "VAZ 2107" markalı avtomobilin toqquşması, "Toyota" markalı avtomobilin 6 sərnişinin yaralanması, "VAZ 2107" markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

 

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?