Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələrinin açıqlanmamasına aydınlıq gətirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, nəticələr dünən axşam saatlarında açıqlamalı idi. Onun sözlərinə görə, bəzi proqramlarda dəqiqləşmələr aparıldığından nəticələri ötən gün açıqlamaq mümkün olmayıb: “Hazırda işlər yekunlaşmaq üzrədir. Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələrinin yaxın saatlarda açıqlaması nəzərdə tutulur”.
Qeyd edək ki, bu gündən etibarən Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başlamalı idi. magistraturalarına keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanmadığından bu prosesə başlanmayıb. Nəticələr açıqlandıqdan sonra magistratura pilləsinə ixtisas seçimi başlayacaq.
Modern.az