Modern.az

Dilarə Əliyeva həyat yoldaşı haqqında təsirli çıxış etdi - VİDEO

Dilarə Əliyeva həyat yoldaşı haqqında təsirli çıxış etdi - VİDEO

Mədəniyyət

30 Aprel 2023, 00:12

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxıb.

 

Modern/az xəbər verir ki, o, aparıcısı olduğu “Söhbət var” verilişində mərhum həyat yoldaşı ilə bağlı monoloq deyib.

 

“Mən bu verilişdə monoloq deməyə başlayanda haradan bilərdim ki, əlimdən tutub səhnəyə gətirən, bu sənətin sirlərini öyrədən, sənət, sirr, dərd, yol, ömür-gün, həyat yoldaşım haqqında - Oqtay Əliyev haqqında monoloq deyəcəyəm...”, - deyə aparıcı təsirli çıxış edib.

 

Xatırladaq ki, martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki yüngül bədən xəsarətləri alıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi